“O ağır intiqam aldı,  üzümüzə tüpürdü”   - Uğur Aslan
02 iyun 2023 20:00 (UTC +04:00)

“O ağır intiqam aldı, üzümüzə tüpürdü” - Uğur Aslan

Fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələdə qardaşını və onun azyaşlı oğlunu itirən aktyor Uğur Aslan televiziya proqramlarından birində göz yaşlarını saxlaya bilməyib.

Lent.az-ın xəbərinə görə Uğur Aslan zəlzələdən bir neçə gün sonra hündür bir təpəyə çıxıb Kahramanmaraşa baxması barədə danışıb.

“Yüksəkdən baxanda yaşanan faciənin miqyasını görmək olurdu. O an təbiətin üzümüzə tüpürdüyünü hiss etdim. Biz bu günə qədər öz nəfsimiz, var-dövlət uğrunda təbiətə o qədər zərər vermişik ki, bir gün onun dönüb intiqam alacağını düşünməmişik.

Malın, pulun, nə qədər boş bir şey olduğunu o zəlzələdə dərk etdim. İmkanları olan bir insanam. Amma qardaşımla onun oğlunun meyitini çırıq bir yorğana büküb, əzik, köhnə bir arabada daşımalı oldum. Bütün imkanlarıma baxmayaraq, bu faciə mənə güzəşt etmədi. Təbiət bizə dərs verdi, üzümüzə qusdu, tüpürdü”, - o bildirib.
 

# 4125
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Məşhur müğənninin kataloqu  225 milyon dollara   satıldı

Məşhur müğənninin kataloqu 225 milyon dollara satıldı

21 sentyabr 2023 , 20:33
Məşhur aktyor  boşandı

Məşhur aktyor boşandı

21 sentyabr 2023 , 19:30
45 kilo arıqlamışdı: Evində  ölü tapıldı

45 kilo arıqlamışdı: Evində ölü tapıldı

21 sentyabr 2023 , 18:40
Rəqsanənin qızı görün  necə dəyişdi?

Rəqsanənin qızı görün necə dəyişdi?

21 sentyabr 2023 , 18:10
Mehmet Ali Erbil  yenə evlənir

Mehmet Ali Erbil yenə evlənir

21 sentyabr 2023 , 17:37
Məşhur müğənni ölümdən döndü

Məşhur müğənni ölümdən döndü

21 sentyabr 2023 , 16:20
Ajda Pekkandan  möhtəşəm şou

Ajda Pekkandan möhtəşəm şou

21 sentyabr 2023 , 14:23
Məşhur müğənni evinə  1 milyonluq   oyun otağı hazırlatdı

Məşhur müğənni evinə 1 milyonluq oyun otağı hazırlatdı

21 sentyabr 2023 , 12:35