Müğənni Niyam Salami teleproqramlardan birində kövrələrək ağlayıb.
Lent.az-ın xəbərinə görə, müğənni ad çəkmədən incidildiyini deyərək, ona işləməyə imkan verilmədiyini açıqlayıb.
“Axı mən də azərbaycanlıyam. Mənim bir tikə çörək qazanmağım sizi niyə narahat etməlidir? Xaricdən dəvət alıram, gedə bilmirəm. Getmək istəmirəm. Axı bura vətənimdir, niyə getməliyəm?”.
Qeyd edək ki, Niyam Salami icarəyə restoran götürərək işlədir.