Müğənni Nadir Qafarzadə və oğlu Loğman
19 iyul 2021 11:18 (UTC +04:00)

Müğənni Nadir Qafarzadə və oğlu Loğman

Nadir Qafarzadə təzə gəlinindən DANIŞDI: "Telefonumu verdim ki..."

"Artıq gəlinimə atalıq edirəm".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə böyük oğlu Loğmanın nişanından danışarkən deyib:

"Telefonumu verdim gəlinə ki, nəsə istəyəndə oğlumdan yox, məndən istə. Birdən onun gücü çatmaz. Hələ zəng gəlməyib, amma istəyərdim gəlsin, sevinərdim. Dörd ildir bir-birini sevib, bir işləyirdilər. Anası narahat olurdu ki, 25 yaşı var, evlənmir. Rusiyada olanda anası yazdı ki, oğlun eşqə düşüb. Anası Gürcüstandan, atası Naxçıvandandır. Atası rəhmətə gedib. Ziyalı ailədir, ürəyimizcə oldu".

Qeyd edək ki, Sevinc adlı xanımla evli olan N.Qafarzadənin Əziz adlı bir oğlu da var. Əziz Rusiyada müğənniliyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14691
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar