Müğənni Gülay Zeynallı
21 may 2021 09:58 (UTC +04:00)

Müğənni Gülay Zeynallı

Müğənni Gülay Zeynallının yeni VİDEOSU ÜZƏ ÇIXDI

Müğənni Gülay Zeynallı uzun fasilədən sonra “Elə bil” adlı yeni layihəsini təqdim edib. 
Lent.az xəbər verir ki, Gülay musiqisi Tərlan Məmmədhüseynov, sözləri tanınmış meyxana ifaçısı Rəşad Dağlıya məxsus mahnını ekranlaşdırmaq qərarına gəlib. O, bunun üçün rejissor Delee Orucluya müraciət edib:

“Klip çox başıbəlalı oldu. Çəkilişləri iki dəfə təxirə salındı. Buna komandaya daxil olan uşaqların koronavirusa yoluxması səbəb oldu. Tilsimi heç cürə qıra bilmirdik. Axır ki, çəkildi.

Klip Bakıda lentə alınıb. Mənim üçün dörd özəl geyim hazırlanıb. İstifadə etdiklərimin hamısı bahalı zinət əşyalarıdır, heç bir aksessuar yoxdur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7614
avatar

Yalçın UĞUR

Oxşar yazılar