Mətanət Əsədova diz çöküb  ağladı: "Övlad yiyəsi olmamağım..."
10 oktyabr 2024 21:32 (UTC +04:00)

Mətanət Əsədova diz çöküb ağladı: "Övlad yiyəsi olmamağım..."

Müğənni Mətanət Əsədova verilişlərin birində diz çökərək ağlayıb.

Lent.az-ın xəbərinə görə, o mərhum anasının şəklinini monitorda görərkən özünü saxlaya bilməyib.

"Bu, mənim ürəyimdir. Kaş ki, sən getməzdin. Ay mənim dünyam, hər şeyim. Bilirsiniz ki, tək insanam. Başdan ayağa brillianta bükülümüş 10 qız, 10 oğlan övladı versələr, başımın üstündə duran ailə başçısı versələr, ananın yerini verməz. Bədənimin harasını kəssəniz, dərd-yara çıxır. Sadəcə qürurlu dayanmağa çalışıram ki, sənətimdir.

Anam qarşımda olsa, deyərdim dur burda, sənin məzarında mən yatım. Valideyn ikinci Allahdır. Tək, ailəsiz, övlad yiyəsi olmamağım... Hamısını anama qurban vermişəm. Səbəbi məndə qalsın. Amma anam sağ olsaydı, yenə qurban verərdim.

Bu dünyaya hər şeyimi qurban vermək üçün gəlmişəm. İstəmirəm, kiminləsə söz-söhbətim olsun. Ona cavab verənə qədər ürəyim gedəcək, ya da göz yaşımı saxlaya bilməyəcəm. Mən öz yaxınlarım üçün ölərəm. Arada küsə bilərəm. Amma onlarsız yaşaya bilmərəm" - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8184
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar