Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil yeni yarışması ilə ekranlara geri dönür.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qonaq aktyor olmaqdan başqa uzun müddətdir bir layihədə yer almayan Mehmet Ali Erbil uzun illərdən sonra ekrana qayıtmasının müjdəsini “Yeni deyil, geri döndü” deyərək verib.
Türkiyənin məşhur kanallarından biri olan “Kanal D” bu yaxınlarda teatrın pərdəsindən yalnız barmağın göründüyü sirli treyler yayımlayıb. Yeni yayımlanan treylerdə barmağın sahibinin Mehmet Ali Erbil olduğu və ekrana yeni layihə ilə dönəcəyi açıqlanıb.