Kiprə yollanan məşhur müğənni Fatih Ürek İstanbul hava limanında hücuma məruz qalıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, səhnə tərzi, mahnıları və plastik əməliyyatları ilə zaman-zaman gündəmə gələn Fatih Ürek bir sərnişinin onu təhqir etməsindən sonra mübahisə etməyə başlayıb.
Mübahisə əlbəyaxa döyüşə keçincə hadisəyə polis müdaxilə etməli olub. Fatih Üreklə sərnişin arasında baş verən davaya görə baş tutmalı olan reys də gecikib.