Məşhur modelyer villasını görün neçəyə satır? – HEYRƏT
14 noyabr 2023 10:38 (UTC +04:00)

Məşhur modelyer villasını görün neçəyə satır? – HEYRƏT

Dünyaca məşhur modelyer Tommy Hilfiger evini milyonlarla dollar endirimlə satacaq.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, Floridadakı evini 35,9 milyon dollara satışa çıxarıb.

Modelyer ilk dəfə 2022-ci ilin sentyabrında evini 39,7 milyon dollara satışa çıxarmaq istəyib. Lakin villaya alıcı tapılmayıb. 

Qeyd edək ki, modelyer villanı 2021-ci ilin iyununda 21 milyon dollara alıb. Yaşayış sahəsi təxminən 464,5 kvadratmetrdir, üç yataq otağı, iki qonaq otağı, yemək otağı və mətbəx var. Villanın həyəti, yay mətbəxi və hovuzu var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5202
avatar

Arzu Qurbanlı

Oxşar yazılar