Məşhur aktyor HƏBS  oluna bilər
03 yanvar 2022 11:46 (UTC +04:00)

Məşhur aktyor HƏBS oluna bilər

Məşhur türkiyəli aktyor İlyas Salman 2 il müddətinə həbs oluna bilər.

Lent.az xəbər verir ki, aktyor ötən il yanvarın 25-də sosial şəbəkə hesabında etdiyi paylaşımda türk millətini alçaltmaqda ittiham olunur.

Məsələ ilə bağlı İstanbul Baş Prokurorluğunda məhkəmə iddiası qaldırılıb. İddiada aktyora sosial şəbəkədəki paylaşımında türk millətini, Türkiyə dövlətini, Böyük Millət Məclisini və məhkəmə orqanlarını təhqir edən ifadələr işlətdiyi qeyd olunub. Bu səbəbdən aktyorun 6 aydan 2 il-ə qədər həbsi tələb edilir. 

İddianamə məhkəmə tərəfindən qəbul edilib. Aktyor mart ayında Anadolu Məhkəməsində mühakimə olunacaq.

Qeyd edək ki, İ.Salman "Hababam sınıfı", "Çöpçüler kralı", "Kibar Feyzo" və "Banker Bilo" kimi ekran işlərində rol alıb./axşam.az

# 24483
avatar

Oxşar yazılar