Məşhur aktyor “alkoqolik” olduğunu  ETİRAF ETDİ
16 sentyabr 2022 10:04 (UTC +04:00)

Məşhur aktyor “alkoqolik” olduğunu ETİRAF ETDİ

Türkiyəli usta aktyor Fırat Tanış bir vaxtlar spirtli içki düşkünü olduğunu etiraf edib. 

Lent.az xəbər verir ki, Fırat qonaq olduğu televiziya proqramında keçmişdəki problemlərindən danışıb. 

Aktyor alkoqoldan xilas olmaq üçün uzun müddət müalicə aldığını bildirib: 

“Müalicə almasaydım indi bu yerlərdə olmazdım. Bu problemdən əziyyət çəkən insanlar üçün nümunə olmaq istəyirəm. Öz potensialınızın fərqinə varın və iradəli olun. Əgər alkoqola davam etsəydim indi harada olardım bilmirəm” aktyor deyib. 


 

# 4290
avatar

Sevinc Fərid

Oxşar yazılar