"Mənim mərhəmətli şah qardaşım" - Xatun Balaşın ilində bunları yazdı
23 fevral 2022 10:48 (UTC +04:00)

"Mənim mərhəmətli şah qardaşım" - Xatun Balaşın ilində bunları yazdı

Müğənni Xatun Əliyeva ötən il bu vaxtı ölən stilist qardaşı Balaşdan yazıb. 

Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə bunları qeyd edib: 
"Balaşım, bilirsən, özümü necə pis hiss edirəm? Heç sən dünyanı dəyişəndə özümü bugünki kimi pis hiss etməmişdim. Elə bil dünya dağılıb altında qalmışam. Bu bir ildə elə bildim yanımdasan, bu gün elə bil təməlli getdin. Əlimdən nə gəlir ki, necə durdura bilərdim zamanı, amansız xəstəliyi... Demək ki, Allah belə məsləhət bilib, insan oğlu heç nə və heç kim imiş. Sadəcə, biz səndən, sən isə balalarından doymadın. 

Hamı deyir, özünü ələ al, toparlan. Amma sənsizlik necə olacaq? Məni kim əzizləyəcək, kimin mənə canı yanacaq, mənə görə dünyanı kim dağıdacaq? Sən mənim dünyam, dayağım, sirdaşım, atam, anam, dostum, göz bəbəyim idin. Allah sənə qəni, qəni rəhmət eləsin. Yerin cənnət olsun. Mənim mərhəmətli şah qardaşım".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3756
avatar

Yalçın UĞUR

Oxşar yazılar