“Məni dəyişdirməyə çalışanı qapının arxasına atıram”- İrem Derici
26 avqust 2024 18:20 (UTC +04:00)

“Məni dəyişdirməyə çalışanı qapının arxasına atıram”- İrem Derici

İrem Derici Antalyada verdiyi yay konsertində səmimi açıqlamaları ilə diqqət çəkməyi bacarıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, şəxsi həyatından danışan müğənni sevgilisi olmadığını söyləyib.

“Eşq köynəyi mənə yaraşmadı. Həyatımda heç kim yoxdur deyə başım dincdir. Sevgi şirin olduğu qədər də acıdır. Kişilər məni özlərinə aşiq etdiklərini anlayan kimi dəyişdirməyə çalışırlar. Məni kimsə dəyişdirə bilməz. Dəyişdirməyə çalışan kişini dərhal qapının arxasına atıram. Dekoltemə heç qarışa bilməz. 15 ildir belə yaşayıram, aldığım nəfəsə, geydiyim paltara görə hesabat verəcək deyiləm” deyib.

Müğənni şəkillərini yaxından çəkən tamaşaçılarına da söz atıb.

“Sellülitlərimi çəkdiniz. Məni sevən belə sevsin, bıçaq altına yatmaqdan yoruldum” deyə bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3624
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar