"Çətin günümdə hamı məni vurdu. Ona görə daha efirlərə çıxmıram. Bütün özəl kanallar reytinq üçün mənim problemimdən istifadə etdi".
Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu verilişdə səsləndirib.
“Kimin evində söz-söhbət olmur? Məni də Allah yaradıb, problemlərim var. Oğlumun boşanmasını şişirtdilər. Doğmalarım, bilirsiniz necə əziyyət çəkirdilər?
Atam oturub hönkür-hönkür ağlayırdı, dünyasını dəyişdi. Niyə insanları vurur, çətin günündə istifadə edirlər. Leş qarğaları kimi problemimin üstünə yığışdılar. İndi utanmaz-utanmaz həmin adamlar məni verilişə çağırır. Heç xəcalət çəkirsən? Başqasının bədbəxtliyi ilə reytinq qazanırsan? Deməli, sən yoxsan, yazıqsan", -müğənni bildirib.
Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu Kərim birinci həyat yoldaşı Canana dəfələrlə verilişlərə gedərək, qayınanasından şikayət edib.