“Kərimə salam verdim almadı, məni tanımadı, bir az yanında dayanıb çıxdım”.
Bu fikirləri Lent.az-a meyxana ustası Ağamirzə yaxın dostu, meyxana ustası Kərim barədə danışarkən səsləndirib. O, Kərimə bu həftə baş çəkdiyini bildirib.
“Bu günlərdə yanındaydım. Girdim, salam verdim. Heç cavab vermədi. Vəziyyəti yaxşılaşmır, get-gedə pisləşir. Cüzi şəkildə danışa bilir. Ona da danışmaq demək olmaz. Ehtiyacı olanda nəsə pıçıldayır. Ancaq ailə üzvlərini tanıya bilir. Onu gedib hər dəfə elə görəndə özümə gələ bilmirəm. Amma yanına getməsəm də olmur”, - meyxanaçı bildirib.
Qeyd edək ki, 59 yaşlı meyxanaçı Kərim uzun müddətdir keçirdiyi insult xəstəliyi səbəbi ilə yataq xəstəsidir. O, sərbəst şəkildə heç bir hərəkəti yerinə yetirə, danışa və ətrafındakıları tanıya bilmir.