Keçmiş prezident başqasının corabını geyindi,  köməkçisi isə...
14 fevral 2024 10:30 (UTC +04:00)

Keçmiş prezident başqasının corabını geyindi, köməkçisi isə...

Qazaxıstanlı jurnalist Gövhər Kərimova sabiq prezident Nursultan Nazarbayevlə bağlı maraqlı xatirəsini  bölüşüb.

 Lent.az-ın xəbərinə görə, o, 1996-2001-ci illərdə Prezident Admnistrasiyasında rəsmi xəbər müxbiri kimi akkreditasiyadan keçdiyinə görə, bütün səfərlərdə dövlət başçısını müşaiyət edib. Həmin səfərlər zamanı maraqlı hadisələr də yaşanıb.

“Bir dəfə biz prezidentin təyyarəsi ilə xaricə uçmuşduq. Səfərlər dövlət büdcəsindən maliyyələşdirildiyi üçün  hər addım və zaman öncədən ölçülüb biçilirdi. Təyyarədən düşən kimi iş saatımız başlayır,  iş görüşləri bitən kimi dərhal oteldə toplanıb hava limanına gəlirdik. Çamadanlar və digər yüklər nümayəndə heyətindən öncə hava limanına göndərilirdi. Səfərin son günü oteldə işimiz başa çatdı, yükümüz bizdən öncə hava limanına yola salındı. Prezidentin geyinib son görüşə çıxması üçün bütün geyimləri hazırlanarkən onun birinci köməkçisi İmamqali Tasmahammedov  birdən görür ki, lider  üçün corab qoyulmayıb. O dərhal səhər geyindiyi corabı çıxarır, öz otağında təcili ütüləyib Nazarbayevə təqdim edir. Özü isə ayaqqabılarını corabsız geyinməli olur. Dövlət başısının görüşləri başa çatır, köməkçi onu corabsız müşaiyət edir. Yalnız təyyarəyə minərkən Nazarbayev köməkçisinin nə üçün corabsız olduğunu soruşur və o vəziyyəti izah edir. Nazarbayev onun cavabını təbəssümlə qarşılayıb”,-deyə jurnalist xanım bildirib.`

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5016
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07