Hikmət Rəhimov "Əqrəb mövsümü"ndən  getmə səbəbini   AÇIQLADI
22 aprel 2024 12:56 (UTC +04:00)

Hikmət Rəhimov "Əqrəb mövsümü"ndən getmə səbəbini AÇIQLADI

Aktyor Hikmət Rəhimov "Əqrəb mövsümü" serialının ikinci hissəsində rol almamasının səbəbini açıqlayıb. 

Lent.az xəbər verir ki, aktyor bu haqda Turanə Hüseynlinin yutub layihəsində danışıb. 

"50 gün çəkilişə görə 20 min manat istədim. Dedilər ki, yoxdur. Mən də cavab verdim ki, sağ olun. Sonradan deyirlər ki, guya, 30-40 min istəmişəm. 50 gün üçün 30-40 min də azdır.

Yoxdursa, heç olmasın. Əgər varsa, normal pul ödənilsin. Əgər bir hekayəni mən dartıb aparıramsa, pul mənim haqqımdır. Mənimlə pul söhbəti edən adamın əqidəsi və əxlaqında problem varsa, onu rədd edirəm. Etdim də", - o bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4083
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar