Hadisənin sevgilisinin aldığı bilərziyin ŞOK QİYMƏTİ
23 mart 2022 16:41 (UTC +04:00)

Hadisənin sevgilisinin aldığı bilərziyin ŞOK QİYMƏTİ

Məşhur müğənni Hadisəyə evlilik təklifində 3 milyon TL dəyərində üzük taxaraq müzakirələrə səbəb olan Mehmet Dinçerlər nişanda ona taxdığı brilyant bilərzik ilə yenidən gündəmə gəlib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Mehmet Dinçerler və ailəsi Hadisəyə bu dəfə 75 min dollar, təxminən 1 milyon 100 min TL dəyərində brilyant bilərzik hədiyyə edib.

Musiqidəki uğurlarını şəxsi həyatına daşıyan məşhur müğənni Hadisə qısa zamanda Dinçerlər Ailəsinin də könlünü fəth edib. Keçən həftə Göktürkdəki evində Mehmet Dinçerlərlə evlənmək üçün ilk addımı atan məşhur pop müğənnisi nişandan əvvəl bütün işçilərinə məxfilik müqaviləsi imzalatdırıb.

Beləcə, nişan mərasiminin bütün təfərrüatlarını gizli saxlayan Hadisə maraq obyektinə çevrilib.

Dinçerlər Ailəsi tərəfindən brilyant boyunbağı da hədiyyə edilib. Artıq Hadisəyə çoxları "Milyonluq gəlin" deyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3537
avatar

Fidan İlqar

Oxşar yazılar