Məşhur bəstəkar Fikrət Əmirovun oğlu, cazmen Cəmil Əmirov onkoloji xəstəlikdən əziyyət çəkir.
Lent.az xəbər verir ki, bu barədə Əməkdar artist Kübra Əliyeva məlumat paylaşıb. O, məşhur bəstəkarın oğlu, cazmen Cəmil Əmirovun xəstəxanadan fotosunu paylaşıb.
"Bu gün böyük bəstəkarımız Fikrət Əmirovun oğlu Cəmil Əmirovu ziyarət etdik. Cəmil bəy Milli Onkologiya Mərkəzində müalicə alır. Allah şəfa versin".