Əməkdar artist Rühəngiz Allahverdiyeva kirayədə yaşadığını deyib.
Lent.az xəbər verir ki, müğənni bu barədə “Həmin Zaur” verilişində danışıb:
"Hazırda bina evində qalıram, kirayədəyəm. Qazanıb uşaqlarımı oxudub, özümü geyindirmişəm. Ürəyim açıqdır, çoxuna çox şey etmişəm. Biri deyib, telefonum yoxdur, almışam, birinin borcu olub, ödəmişəm. Bir ara səsim batdı, toylara getmədim. Həyat yoldaşım mənim qədər qazanmır. Hansı müğənninin həyat yoldaşı ondan çox qazanır? Həyat yoldaşları olsun ki, qazansınlar da".