"Elza Seyidcahanla qalmaqalımız var".
Lent.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Elza Seyidcahanla küsülü olan müğənni Roza Zərgərli deyib.
İfaçı bildirib ki, Elzaya etdiyi barışıq jesti cavabsız qalıb:
"Verilişimdə ona jest etdim, dedim aramızdakılar bitsin. Bir məclisdə onunla görüşdük. Gəldi bizim stolda oturdu. Dedim ki, xoş gördük. Baxdı, başını yellədi. Qaranlıq idi, dedim yəqin tanımadı. Bir də "salam" verdim. Dönüb masada oturan başqasına dedi ki, bu kimdir, onu tanımıram? Qızım, başına dərd açırsan. Keçən dəfə dediklərim azlıq edib sənə".