Dilan Polatın əri həbsxanada namaza  BAŞLADI
09 dekabr 2023 12:51 (UTC +04:00)

Dilan Polatın əri həbsxanada namaza BAŞLADI

Həbsdə olan türkiyəli fenomen Engin Polat kitab oxumağa və namaza başlayıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, bu barədə həbsdə olan Dilan Polat və onun əri Engin Polatın vəkili Hüseyn Kaya məlumat verib. Onun sözlərinə görə, cütlük həbsdə olduqları müddətdə çox dəyişib.

Vəkil bildirib ki, Engin saç və saqqalını qırxdırıb. Namaza və kitablar oxumağa başlayıb. Halid Ziya Uşaklıgilin yazdığı “May və qara” romanını, Qoqolun “Palto”sunu, həmçinin vəkilin verdiyi başqa kitabları oxuyur.

Qeyd edək ki, 1897-ci ildə çap olunan “May və qara” romanı gənclərin arzularından və xəyal qırıqlığından bəhs edir.

Xatırladaq ki, sosial media fenomenləri olan Dilan Polat və Engin Polat cütlüyü çirkli pulların yuyulması və digər cinayətlərdə təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5439
avatar

Oxşar yazılar