Cinayətə qurban gedən məşhurlar – Onları sevənləri öldürdü
22 aprel 2024 17:34 (UTC +04:00)

Cinayətə qurban gedən məşhurlar – Onları sevənləri öldürdü

Şöhrət həmişə xoşbəxtlik və zənginlik gətirmir. O ətrafdakı insanların qısqanclığını da özü ilə bərabər çəkib gətirir və bu çox zaman məşhurun ölümü ilə nəticələnir.

Lent.az cinayətə qurban getmiş məşhurlar barədə məlumat verir. Öncə cinayət qurbnanı olmuş türk məşhurlardan bəhs edək.

Bergen
Ölkənin ən məşhur arabesk-fantastik musiqisi müğənnisi Bergen ölümündən 7 il əvvəl ərinin üzünə  “kislota” atması nəticəsində bir gözünü itirib. O, 1989-cu ilin aprelində ayrıldığı həyat yoldaşı tərəfindən güllələnərək öldürülüb.


 

İsmail Hakkı Sunat
İsmail Hakkı Sunat 2004-cü ildə Geliboludakı bağ evində öldürülüb. Gənc aktyor yüksək səslə musiqi dinləyən qonşusuna xəbərdarlıq etdiyinə görə qonşusu tərəfindən güllələnib. 

Feri Cansel
“Əli baba və qırx oğru” filmindən tanıdığımız  aktrisa sevgilisi tərəfindən qızının gözləri qarşısında öldürülüb.

Mümtaz Sevinç
"Şehnaz Tanqo" və "Sihirli Annem" kimi serialların məşhurlaşan  Mümtaz Sevinç 2006-cı ildə qətlə yetirilib. O, ayrılmaq istədiyi sevgilisi tərəfindən yuxuda bıçaqlanaraq öldürülüb.

Vətən Şaşmaz
Məşhur aparıcı və aktyor otel otağında ölü tapılıb. Keçmiş model Filiz Aker Şaşmazı öldürdükdən sonra intihar edib. Akerin platonik bir sevgi ilə Vətən Şaşmazla bağlı olduğu iddia edilir.
TRT-nin uğurlu sənətçilərindən olan Hatice Kaçmaz qonşusunun evlilik təklifinə yox dediyi üçün 15 bıçaq zərbəsi vuraraq öldürülüb.

Əfsanəvi Con Lennon
Məşhur “Beatles” qrupunun musiqiçilərindən biri olan Con Lennon öldürüləndə cəmi qırx yaşında idi. O, qaldığı otelin qarşısında fanatı tərəfindən vurularaq öldürülüb.


 
 Şeron Tate
Məşhur rejissor Roman Polanskinin aktrisa həyat yoldaşı 8,5 aylıq hamilə ikən 3 dostu ilə birlikdə qətlə yetirilib. Onun qatili etiraf edib ki, musiqi sənayesində uğursuzluğa düçar olanda varlı insanları öldürmək qərarına gəlib və bir kult qurub.

Tupak Şakur
 Məşhur reper Tupak müəmmalı bir qətlin qurbanı oldu. Bir səsyazma şirkətinin sahibi ilə birlikdə olarkən silahlı basqın nəticəsində öldürülüb.

 

2016-cı ildə 22 yaşlı ulduz Kristina Qrimmini öz fanatı öldürüb.


1997-ci il iyulun 15-də əfsanəvi dizayner, o vaxt 50 yaşlı Canni Versace Mayamidəki malikanəsinə qayıdarkən qatil Endryu Kunanan tərəfindən güllələnib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5349
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar