Cennifer Lopez və Ben Afflekin övladları cütlüyün nikahını xilas etməyə çalışırlar.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Lopez və Afflek son bir neçə aydır ki, ayrı yaşayırlar. Əvvəllər birlikdə çox vaxt keçirən uşaqları da əvvəlkindən daha az görüşürlər. Cütlük birlikdə 5 uşağa hamilik edir. Onlardan üçü Benin, ikisi Lopezin uşaqlarıdır.
Uşaqlar Cennifer və Beni barışdırmaq üçün səy göstərirlər. Uşaqlar iyulun 24-də müğənninin 55 illik yubileyinə qədər Ben və Cenniferi barışdıracaqlarına ümid edirlər.