Britni Spirs  keçmiş cinayətkar sevgilisiylə yenidən bir arada
19 fevral 2025 12:27 (UTC +04:00)

Britni Spirs keçmiş cinayətkar sevgilisiylə yenidən bir arada

Amerikalı pop müğənnisi Britni Spirs keçmiş sevgilisi – onu döyən cinayətkarla barışdı.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət müğənninin işçisi Pol Solizdən gedir. Onların münasibəti 2023-cü ildə başlayıb. Cütlük bir müddət birlikdə olsa da, 2024-cü ilin yazında oteldə baş verən dava səbəbindən ayrılmışdılar. Həmin vaxt Britni və Polun səs-küy salması otel sakinlərini narahat etmiş və polis çağırılmışdılar. Sonradan məlum olub ki, onlar dalaşıb. Hətta müğənniyə təcili yardım da çağırılmışdı, lakin o, xəstəxanaya getməkdən imtina etmişdi.

Görünür, Spirs və Soliz münasibətlərinə ikinci şans verməyə qərar veriblər. Cütlük Sevgililər Günündə birlikdə görülüb. Onlar müğənninin hələ münasibətlərinin əvvəlində Pola hədiyyə etdiyi avtomobildə gəzirdilər. Avtomobildə Solizin əvvəlki münasibətindən olan övladları da var idi. Cütlük birlikdə fast-fud restoranına gedib, sonra isə Pol Britni üçün gül alıb.

Britni Spirsin pərəstişkarları onun sevgili seçimindən ciddi şəkildə narahatdırlar. Məsələ burasındadır ki, Solizin kriminal keçmişi var. Üstəlik, o, hələ evli olduğu vaxt Britni ilə münasibətə başlamışdı. Müğənninin fanatları Solizin onu sadəcə maddi baxımdan istifadə etdiyini düşünürlər. Lakin görünən odur ki, Britnini bu vəziyyət tamamilə qane edir.

Xatırladaq ki, Britni Spirs son zamanlar oğulları ilə barışdığını açıqlamışdı. Hətta müğənni Yeni il bayramlarını da onlarla birlikdə keçirib. Bundan əvvəl ulduz 18 yaşlı oğlu Ceydenlə fotosunu paylaşmış və ona etdiyi sürprizlə onu necə duyğulandırdığını demişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar