Müğənni Səyyad Əlizadə
17 sentyabr 2021 10:02 (UTC +04:00)

Müğənni Səyyad Əlizadə

Başqa xəstəxanaya köçürülən Səyyad barədə üzücü xəbər - SON AÇIQLAMA

Sentyabrın 16-da axşam saatlarında müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülən müğənni Səyyad Əlizadədən xəbər var.

Lent.az-a açıqlama verən ifaçının kürəkəni bildirib ki, S.Əlizadənin vəziyyətində müsbət irəliləyiş yoxdur: “Hələ də komadadır. Vəziyyəti ağır olaraq qalır. Allahın izini ilə yaxşı olar, gözləyirik”. 

Onu da əlavə edək ki, Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə bu səhər EKMO cihazına qoşulub. Onun ağciyərlərində 70 faiz buzlu şüşə aşkarlanıb. 

Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 96927
avatar

Yalçın UĞUR

Oxşar yazılar