Sosial şəbəkələrdə “Avroviziya” təmsilçisi, müğənni Aysel Adıgözəlzadənin (Teymurzadə) Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə ilə boşanma xəbərləri yayılıb.
Lent.az xəbər verir ki, Aysel bu məsələyə münasibət bildirməsə də, öz sosial şəbəkə hesabında Filarmoniyada keçirilən musiqi tədbirindən video paylaşıb.
İfaçı, sözügedən görüntülərə həyat yoldaşının adını işarələyərək ürək “emojisi” yazıb.
Demokrat.az cütlüyün boşanma ərəfəsində olduğu ilə bağlı xəbər yayıb. Hətta onların ayrı yaşadıqlarını, Ayselin boşanma ilə bağlı sənədlərinin mediasiya idarəsində olduğunu iddia edib.