Aygün onu təkrarladı - Hansına daha çox yaraşır?
21 iyul 2022 17:46 (UTC +04:00)

Aygün onu təkrarladı - Hansına daha çox yaraşır?

Xalq artisti Aygün Kazımova həmişə olduğu kimi bu dəfə də paylaşımdakı tərzi ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, Türkiyənin məşhur müğənnisi Hadisenin bir neçə gün əvvəl konsertdə geyindiyi cins şalvarın eynisindən geyinib. İfaçının başındakı firuzəyi, klassik yaylığı isə onda fərqli tərz yaradıb.

Onun bu fotosuna xeyli reaksiya və bəyənmə gəlib. Hətta izləyicilərdən birinin yazdığı "Hadisenin şalvarından..." şərhinə Kazımova "Balensiaqanın şalvarıdır" yazaraq reaksiya verib.

Qeyd edək ki, daima estradamızın ulduzu A. Kazımova həm kliplərindəki tərzləri, həm də səhnə geyimlərilə fərqlənib.

# 2967
avatar

Nigar Namiq

Oxşar yazılar