İtaliyanın “Maneskin — Zitti E Buoni” qrupu
23 may 2021 19:36 (UTC +04:00)

İtaliyanın “Maneskin — Zitti E Buoni” qrupu

“Avroviziya -2021”-in qalibləri narkotik istifadəçiləridir? – RƏSMİ CAVAB-VİDEO-YENİLƏNİB

“Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçiləri barədə yayılan videonu təqdim edirik:

Saat 18:46

 

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub.

Müsabiqə bitən kimi isə bir sıra xarici KİV-də və sosial şəbəkələrdə İtalyan rok qrupunun üzvlərinin narkotik maddə istifadəçisi olmaları ilə bağlı video yayılıb.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, qrup üzvləri narkotik maddə istifadəçiləri olması ilə bağlı şayiələri rədd ediblər. Qrupun solisti, müğənni David Damiano könüllü olaraq narkotik testindən keçməyə hazır olduğunu bildirib. Testin nəticəsi isə Avropa Yayım Birliyinin rəsmi açıqlamasında veriləcək.

Qeyd edək ki, sözü gedən video “Yaşıl Otaq”dan (qrupun yarışma dövründə yerləşdiyi yer - red.) yayılıb.

Qrup üzvlərinin sözlərinə görə, onlar dünən axşamdan testdən keçməyi istəsələr də bunu dərhal təşkil etmək mümkün olmayıb.

Avropa Yayım Birliyindən isə bildirilib ki, qrup və nümayəndə heyətinin rəhbəri onlara  “Yaşıl Otaq”da narkotik olmadığını söyləyiblər:

“Onlar masalarının üstündə şüşələrin qırıldığını izah etdilər”.

Avropa Yayım Birliyindən qeyd olunub ki, hələ də görüntüləri diqqətlə araşdırırlar və əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10689
avatar

Oxşar yazılar