Xalq artisti Arif Quliyev
27 aprel 2021 09:39 (UTC +04:00)

Xalq artisti Arif Quliyev

Arif Quliyev ölüb? - Oğlundan SON AÇIQLAMA

 

 

 

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin dünyasını dəyişməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Lent.az-a açıqlama verən aktyorun oğlu bildirib ki, yazılanlar əsassızıdır.

 

Xatırladaq  ki, ötən gün gecə saatlarına Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə ppaylaşım edərək, A. Quliyevin vəfat etdiyini yazmışdı. Müğənni daha sonra paylaşımını silib.

 

Qeyd edək ki, ötən gün “Yeni klinika”-nın reanimasiyasının müdiri Emil Qasımov Lent.az-a açıqlama verərək, Xalq artistinin səhhətinin ağır olduğunu bildirib:  “Arif Quliyevin səhhəti ağır qiymətləndirilir. Təxminən 10 gündür bu xəstəliyə tutulub. Xəstəxanamızın şöbəsində 4 gündür müalicə olunur. Təxminən 1 saat öncə reanimasiya və intensiv terapiya şöbəsinə köçürülüb. Olunan müalicələrə əsasən ağ ciyərin 90 faizi zədələnib. Ona görə də süni tənəffüs aparatına qoşulub. Lazım müalicələr aparılır. Amma vəziyyəti çox ağırdır”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24627
avatar

Yalçın UĞUR

Oxşar yazılar