Arda Gülər ​​və sevgilisi Duru Bodrumda belə yaxalandılar -FOTOLENT
19 iyul 2024 10:14 (UTC +04:00)

Arda Gülər ​​və sevgilisi Duru Bodrumda belə yaxalandılar -FOTOLENT

Futbolun parlayan ulduzu Arda Gülər ​​Bodrum tətilində sevgilisi Duru Naymanla görüntülənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Naymanın gənc futbolçuya heyran baxışları diqqət çəkib.

Futbol üzrə Avropa Çempionatında göstərdiyi performansla bəyənilən Milli Futbol Komandasının və Real Madridin ulduzu Arda Gülər ​​Bodrumda dincəlir.

Gənc futbolçunu tətildə sevgilisi Duru Nayman və dostları müşayiət edir.

19 yaşlı futbolçu və sevgilisi ötən gün Titanic Luxury Collection Bodrum çimərliyində paparazzilərə yaxalanıb. İkili bir müddət ətrafda gəzib, sonra çimərlik voleybolu oynayıblar. 1,5 saat davam edən qarşılaşmada sevgililər bir-biri ilə yarışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Cavidan HUN

Oxşar yazılar