Fransız aktyoru Alen Delonun ölümündən 3 həftə sonra onun vəsiyyəti övladlarına - Antoni, Anuşka və Alen-Fabyenə verilib.
Lent.az xarici mediaya istindən bildirir ki, aktyorun notariusu mirasın uşaqlar arasında bölüşdürülməsi ilə bağlı 4 səhifəlik sənədi avqustun 30-da İsveçrədən göndərib. Delonun övladlarının etiraz etmək üçün 30 gün vaxtı var.
2024-cü ilin yanvarında aktyorun böyük oğlu Entoni deyib ki, bacısı Anuşka atasının sərvətinin 50, qardaşların hər birinə isə 25 faizinə sahib olacaq.
Delon avqustun 18-də 88 yaşında uşaqlarının əhatəsində ölüb.