Afaq Gəncəliyə qalaktikadan  ULDUZ  aldılar
07 sentyabr 2022 14:54 (UTC +04:00)

Afaq Gəncəliyə qalaktikadan ULDUZ aldılar

Tanınmış şou aparıcısı Afaq Gəncəliyə doğum günü münasibətilə ulduz hədiyyə ediblər.

Lent.az xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.

A. Gəncəli ona verilən hədiyyənin rəsmi sertifikatını paylaşaraq qalaktikada onun adına artıq ulduz olduğunu qeyd edib:

"Artıq rəsmi olaraq göydə Afaq adlı ulduz parıldayır. Məni təəccübləndirən hədiyyə üçün təşəkkürlər”.

Marağa səbəb olan bu paylaşıma izləyicilərdən bəziləri "görəsən, o pulu kimə, hara ödəyib alıblar?", "Vəssalam, məşhurlar başlayacaq belə şeylərlə gündəm yaratmağa", "Yer, göy Allahındı. O, ulduzu kimdən alır?" və s. şərhlər yazıblar.

Qeyd edək ki, aparıcı Afaq Gəncəlinin bu gün 44 yaşı tamam olur. 

# 4140
avatar

Nigar Namiq

Oxşar yazılar