91 yaşlı  məşhur Əli dayı   üzünü dartdırıb belə oldu
02 fevral 2024 17:29 (UTC +04:00)

91 yaşlı məşhur Əli dayı üzünü dartdırıb belə oldu

“Klon” serialında Əli dayı obrazı ilə tanınan braziliyalı aktyor Stenio Qarsiya ahıl yaşlarında plastik cərrahiyyəyə maraq salıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o üzünü dartdırdıqdan sonra tanınmaz hala düşüb. Gənc görünmək ona baha başa gəlib. 

Prosedurlardan birindən sonra onun səhhəti kəskin pisləşib. Aktyorun nümayəndələri plastik cərrahiyyə ilə Qarsianın səhhətindəki problemlərin heç bir əlaqəsi olmadığını desələr də, həkimlər və müstəqil ekspertlər bunun əksini bildiriblər. Müdaxilədən sonra 91 yaşlı braziliyalı ulduz intoksikasiya sindromu və sepsisin ilkin forması keçirməyə başlayıb.

Pərəstişkarları kumirlərinin dəyişimini birmənalı qəbul etmirlər. Onu robota bənzədənlər də az deyil.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12426
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar