Hacı Daşqın Nəsirov: “Aygün Kazımova gecə saat 4-də SMS yazdı ki, şou başladı!”
01 aprel 2011 15:24 (UTC +04:00)

Hacı Daşqın Nəsirov: “Aygün Kazımova gecə saat 4-də SMS yazdı ki, şou başladı!”

Özü şou axtarır, biz o səviyyədə şou axtaran adam deyilik. İstəmirik ki, kənddə beş-üç tanıyan adama özümüzü bu səviyyədə göstərək, mən xəcalət çəkirəm bu barədə söhbət etməyə, dövlətimiz güclüdür, harada nə lazımdır, gedib sözümüzü deyəcəyik, özümüzü də müdafiə edəcəyik!” Xalq artisti Aygün Kazımovanın qızı İlqarə ilə adı video qalmaqalında hallanan Orxan Nəsirovun atası Daşqın Nəsirov bu sözləri Lent.az-a açıqlamasında deyib.

Qeyd edək ki, bir neçə gün öncə qızı İlqarənin internetdə yayılan videogörüntülərilə bağlı A.Kazımova telekanallardan birində çıxış edərək, həmin kadrlarda qızı ilə bir otaqda olmuş gənclərin ünvanına təhqiramiz ifadələr işlədib.

Hacı Daşqın Aygün Kazımovanın başqa məqsədlə qarşıdurma yaratdığını deyib: “Mən ağzımdan çıxan söhbətin yiyəsiyəm. Aygün Kazımova çox söz deyə bilər. Bu hadisə 2009-cu ilin yanvar ayında olub. Bu faktı məktəbdən də təsdiqləyə bilərlər. Onun yalandan “4 il bundan əvvəl olub” deməsi ilə deyil ki?! O vaxt uşağının 16-17 yaşında olmasını sübut etməyə çalışır. 1990-cı il təvəllüdlü uşağın 2009-cu ildə 19 yaşı tamam olur. Onlar bir sinifdə oxuyublar, bu günə qədər də yaxşı münasibətdə olublar. Ay yarım bundan öncə də bir yerdə görüşüblər. Həmişə bir yerdə olublar. Həmin video Londonda itib. Sonradan o videonu yayan adamı da tapdılar. Həmin şəxs demişdi ki, videonu Masallıda bir nəfərin telefonundan götürmüşəm. Mənim oğlumun elə bir səbəbi yoxdur ki, sinif yoldaşını biabır eləsin. O, belə tərbiyənin yiyəsi deyil.

Ay yarım öncə yığışıblar, o adamı tapıb başa salıblar, pozdurub, öz aralarında həll ediblər. Sonradan Aygün bizimlə münaqişəyə girib söhbəti pula çevirəndə başa düşdük ki, bu kampaniya özlərinin xeyrinədir.

Aygün Kazımova martın 17-də mənə zəng elədi. On dəfə üzr istədim, qayıtdı ki, mən sizdən pul alacam. Dedim, pul verməyəcəm, cinayət tərkibli bir şey varsa, uşağım cəzasını çəksin”.

Yeri gəlmişkən, Lent.az-ın kiçik bir araşdırmasından sonra bəlli olub ki, qalmaqala səbəb olan həmin videogörüntüdə gənclərin dinlədikləri “Volna” adlı mahnı 2008-ci ilin sonlarında Dj Smashın “Volna” adlı albomunda yer alıb. Buradan belə bir qənaətə gəlmək olar ki, həmin video göstərilən tarixdən əvvəl çəkilə bilməz. Aygün Kazımova isə açıqlamasında hadisənin dörd il bundan öncə baş verdiyini iddia edir...

Xalidə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11384

Oxşar yazılar