Məşhurlarımız rəqs edir
Bu, İTV-nin aparıcısı Hüsniyyə Məhərrəmovanın yeni proyektidir. Hüsniyyə Məhərrəmovanın Lent.az-a verdiyi məlumata görə, bu layihədə Azərbaycanın tanınmış simaları iştirak edəcək. “Şou nömrə 1” adlanan verilişin aparıcıları Hüsniyyə Məhərrəmova və Azər Aslan, rejissoru Ceyhun Kərimov, baş xoreoqraf Nailə Məmmədzadədir. Artıq layihənin iştirakçıları da məlumdur - Elza Seyidcahan, Murad Arif, Sevda Yəhyayeva, Könül Nağıyeva, Anar Ağakişiyev, Kamilə Babayeva, ABD Malik, Sabina Babayeva, Pərviz Əbubəkirov və Naina İbrahimova.
Layihənin aparıcısı bildirib ki, verilişdə ulduzlarımız peşəkar rəqqaslarla duetdə rəqs edəcəklər. Hər həftə ən az xal toplayan cütlük şounu tərk edəcək. Cütlükləri isə peşəkar münsiflər heyəti qiymətləndirəcək: “Hər həftə tamaşaçıları fərqli janrlarda, üslublarda maraqlı rəqslər gözləyir. Ümid edirəm ki, layihə böyük maraqla qazanacaq”.
Xəyalə Muradlı

1329