Şou-biznes məşhurlarının maşınları neçəyədir? - ARAŞDIRMA
01 aprel 2011 12:31 (UTC +04:00)

Şou-biznes məşhurlarının maşınları neçəyədir? - ARAŞDIRMA

Adətən sadə vətəndaşlar maşın almaq istəyəndə istəklərini belə izah edirlər: “Ayağımı yerdən üzməyə bir şey olsun...”

Şou-biznesdə isə maşın adamın ayağını yerdən həqiqətən üzür, adını göyə qaldırır. Çünki bu aləmdə müğənninin kəmiyyət və keyfiyyət göstəricilərindən biri də avtomobili hesab olunur. Hətta sənətçilər arasında “ən bahalı maşını olan müğənni" statusunu almaq üçün rəqabət də gedir. Ən bahalı maşını idarə edən müğənni həm də sanballı müğənni hesab olunur. Avtomobil şirkətləri və satış salonları isə son illər kredit imkanlarını təklif etməklə şou-biznesdə kateqoriya bölgüsünə vasitəçi olublar. Ödəməni hissə-hissə həyata keçirən sənətçilər bir-birindən bahalı maşınlara meyl edib, bu rəqabəti daha da qızışdırırlar.

Lent.az müğənnilərin ayağını yerdən götürən maşın markalarını araşdırıb.

Azərbaycanda ilk dəfə aldığı avtomobilləri gündəmə gətirən müğənni Aygün Kazımova “Hummer” markalı avtomobilini Azərbaycanda tanıdıb populyarlaşdırıb. Saysız-hesabsız maşınlar dəyişən müğənni “Hummer” ötən il “BMW 750 Lİ” ilə dəyişib.

Mətbuatda yazılan məlumatlara görə, maşını xalq artistinə keçmiş sevgilisi Namiq Qaraçuxurlu hədiyyə edib. “BMW”-nin qiymətinin 100 min manatdan yuxarı olduğu açıqlanıb. “Hummer”ə isə o vaxt 120 min dollar pul xərcləmişdi.

Yeri gəlmişkən, maşınlarını çox vaxt kreditlə alan müğənni bir neçə il bundan əvvəl avtomobilin pulunu vaxtında ödəyə bilmədiyindən, avtomobili geri alınmışdı.

Xalq artistinin bu günlərdə videoqalmaqalla gündəmdə olan qızı İlqarə isə
“Nissan Qashqai” sürür. Aygün Kazımova qızına ad günündə hədiyyə etdiyi maşını həyətdə lentlərlə bəzətdirib, üzərinə “Sən mənim arzularımsan” sözlərini yazdırmışdı.

Xalq artisti İlhamə Quliyeva isə Aygün Kazımovanın əksinə, “BMW limuzin”i “Hummer”ə dəyişib. Müğənni pərəstişkarlarından birinin ona “Hummer” bağışladığını açıqlayıb.

Faiq Ağayev, Brilliant Dadaşova, Xatirə İslam, Könül Kərimova “Audi” Q7 markalı maşın idarə edirlər.

Könül Kərimova hazırda öz maşınından imtina etməli olub, yaxınları onun şəxsən maşın sürməsinə son vaxtlar etiraz edərək, tədbirlərə, proqramlara Könül Kərimovanı özləri aparıb-gətirirlər.

Maşınla barışmaz münasibətdə olan müğənnilərdən biri də Xuraman Şuşalıdır. Ehtiyatlı olmasına baxmayaraq tez-tez qəzaya düşən, maşınının əzilməsindən qorxan müğənni hətta bir vaxtlar falçıya belə müraciət edib. İndi “İnfiniti”də gəzən müğənni bir vaxtlar tez-tez qəza törətməsinin səbəbini falçılardan öyrənmək istəyib.

Murad Dadaşov, Ədalət Şükürov, Maestro Ceyhun “İnfiniti” sürənlər sırasındadır. “Avtopark həvəskarı” Ədalətin “Lamborgini” Nisan Z-350-sport” “BMW” markalı maşınları da var.

Nüşabə Ələsgərli “Audi CİP”-ini 150-155 min dollara alıb.

Vasif Məhərrəmli, Zamiq , Rəqsanə “Range Rover” idarə edirlər. Müğənni Röya “Mercedes-R-Class”a üstünlük verib.

Müğənnilər Ayaz Qasımov, Mübariz Tağıyev, Manana, “N-Brother”, (prodüser Namiq) "Mercedes Benz-C klassik" idarə edirlər. Tünzalə Ağayevanın idarə etdiyi “Mercedes Benz E classic”i “Volcswagen Tuareq” ilə əvəz edib. Müğənni maşını kreditlə alıb. Maşının qiyməti 70-80 min manat arasındadır.

Xumar Qədimova arzuladığı maşına qovuşub. Müğənniyə “Mercedes” markalı avtomaşın bağışlayıblar. Sənətçi uzun müddətdir belə bir maşında gəzmək arzusunda olduğunu deyib.

Müğənni Manaf Ağayev “Mercedes-E 600” idarə edir.

Ən bahalı maşını indilərdə özünü biznes-ledi kimi sınayan müğənni Ruhi sürür. “Bentley” markalı maşını idarə edən Ruhi bu mənada tək və birincidir.

Ruhini ən bahalılar sırasında Roza Zərgərli təqib edir. “Porshe Panamera Turbo” markalı maşın 190 min manat, təqribən 250 min dollardır. Rozanın digər maşını isə “İnfiniti EX35”dir. Həmin maşının qiyməti 40 min manatdır.

Ayan isə çox sevdiyi “Land Cruiser”inə bu günlərdə qovuşub. Maşının qiyməti 65 min manatdır. Sənətçiyə maşını ad günü ərəfəsində sevdiyi şəxs hədiyyə edib.

Mətanət İsgəndərli “BMW X5” idarə edir. Mətanət xanımın idarə etdiyi avtomobilin müxtəlif modifikasiyalarının qiyməti 28 min dollardan 105 min dollaradək dəyişir.

Eyyub Yaqubov “Subaru”sunu 35 min dollara alıb.

Bu siyahını daha da genişləndirmək olar, lakin şou-biznes nümayəndələrinin siyahısında sadə və bahalı olmayan maşın markasına rast gəlmək çətin ki mümkün olar...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421

Oxşar yazılar