Müğənni Nura albomunu və saytını təqdim edib
Lent.az-ın məlumatına görə, müğənni diskin ərsəyə gəlməsində əməyi olan insanların adlarını qeyd edərək, xüsusi ilə bəstəkarlar Gövhər Həsənzadə, Cəlal Qurbanov, Muxtar Absenov, Aynur Adilqızı, Ayşə Birgül Yılmaz, Yaşar Baxış, İsmayıl Əsədov, Leyli, müğənnilər Tünzalə Ağayeva, Rüstəm Zeynallı və digərlərinə təşəkkürünü bildirib, oxuduğu mahnıları analiz edib. Müğənni bildirib ki, albomda yer alan “Dön artıq” – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunub: “Türk mahnısı olan “Səndən öyrəndim”i anamın çox sevib, bəyəndiyi mahnıdır. Anama həsr etmişəm. “Annenin səsi” kimsəsiz uşaqlara həsr olunur. “Sevdanın son vuruşu” isə sonbeşiyim Davidin ən çox bəyəndiyi mahnıdır, kiçik oğluma oxumuşam. “Dərbəndim” Dərbənd şəhərində keçirilən bayram konsertində çıxışım üçün xüsusi olaraq yazılıb. O da Dağıstanda yaşayan azərbaycanlılara həsr olunub”.
Başqa sənətçilər tərəfindən populyarlıq qazanmış mahnıları ikinci dəfə oxuyan ifaçı bu albomuna xüsusən onun üçün yazılmış musiqiləri də daxil edib. Nuranın yeni musiqiləri sırasında “Dön artıq”, “Yaşayacağam”, “Get”, “Plaç” “Dərbəndim” və həmçinin diskin adını daşıyan “Nəğmələrimdə yaşadacağam” mahnıları yer alıb.
Artıq dinləyicilərin sevimli hitlərinə çevrilmiş “Səndən öyrəndim”, “Sevdanın son vuruşu”, “Annenin səsi” mahnıları ilə yanaşı, əməkdar artist Tünzalə Ağayevanın müəllifi və ifaçısı olduğu “Pərvanə” (Butterfly) mahnısını da ingilis dilində ifa edib.
Lalə

1412