H.O.S.T qabıq dəyişir...
Elxan Qaraqan Azərbaycanda ilk Hip-Hop tamaşa sayılan bu konsertlə bağlı mətbuat nümayəndələri ilə görüş keçirib. Mətbuat konfransında müziklə sponsorluq edən “NOKİA” şirkətinin nümayəndəsi və qrupu digər üzvləri də iştirak ediblər.
Bu günədək yeniyetmə auditoriyaya xitab edən H.O.S.T-çular “qabıqdəyişmənin” vaxtı çatdığını etiraf ediblər: “İnsan orqanizmində 7 ildən bir hüceyrələr yenilənir. Hamının dəyişikliyə ehtiyacı var. Biz də dəyişikliyə üstünlük veririk, lakin bu o demək deyil ki, ziyalı və yaşlı kütlənin maraqlarına xidmət edəcəyik. Onlar onsuz da dünyagörüşünə malikdirlər, bizə gənclərin ehtiyacı var və biz onları istiqamətləndirmək, daxili komplekslərdən azad etmək üçün çalışırıq”.
İfaçılar musiqilərində daha çox acı reallıqlara, pessimizmə yol açan mövzulara toxunmalarının səbəbini açıqlayıblar: “Bütün gün efirlər, radio dalğalarında səslənən hitlər elə təəssürat yaradır ki, sanki hər şey qaydasındadır. Bu, həyatında hər şey yaxşı olmayan insanlarda etiraz, sərt reaksiya yaradır. Biz o insanların qəlbindən xəbər veririk”.
Lalə

2553