Türkiyə, Moldova, Maltanın “Eurovision-2011” təmsilçiləri Bakıya gəlir
29 mart 2011 12:13 (UTC +04:00)

Türkiyə, Moldova, Maltanın “Eurovision-2011” təmsilçiləri Bakıya gəlir

Bu barədə Lent.az-a İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və internet şöbəsindən məlumat verilib. Moldova təmsilçiləri “Zdob şi Zdub” qrupunun da aprelin 6-da Bakıya səfəri planlaşdırılıb.
Bundan başqa, Malta təmsilçisi Glen Vella aprelin 10-dan sonra Azərbaycana gələcək.
Bakıda olduqları müddətdə “Eurovision-2011” yarışmasının iştirakçıları İctimai Televiziyanın proqramlarında iştirak edəcək.


Qeyd edək ki, Türkiyə “Eurovision-2011” Mahnı Müsabiqəsinin mayın 10-da keçiriləcək birinci yarımfinal mərhələsində çıxış edəcək. “Yüksek Sadakat” qrupu müsabiqədə “Live it Up” mahnısı ilə təmsil olunur. Birinci yarımfinalda iştirak edən Malta nümayəndəsi Glen Vella “One Life”, mayın 12-də keçiriləcək ikinci yarımfinal mərhələsində olan Moldovanın təmsilçisi “Zdop Şi Zdub” qrupu isə yarışmada “So lucky” mahnısını ifa edəcək.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar