Manaf Ağayev jurnalistlərə 20-30 mağaza vəd etdi
26 mart 2011 16:41 (UTC +04:00)

Manaf Ağayev jurnalistlərə 20-30 mağaza vəd etdi

“Mən biznesmen deyiləm, müğənniyəm! Mətbuatda yazıblar ki, Binə ticarət mərkəzində 20-30 dükan-mağazam var. Yaxşı, bəs belədirsə, mən niyə toylara gedirəm, elə hər ay o dükanlardan gələn gəliri özümə, ailəmə sərf edərəm”. Müğənni Manaf Ağayev Lent.az-a açıqlamasında şəxsi biznesinin olması ilə bağlı mətbuatda yazılan xəbərə belə münasibət bildirib.

Müğənni haqqında yazılan xəbərlərin onu narahat etmədiyini vurğulayıb: “Əslində haqımda yazılan dezinformasiyalar məni narahat etmir. Sadəcə insanların əksəriyyəti bunu doğru xəbər kimi qəbul edə bilər - ondan narahatam. Mənim şəxsi biznesim yoxdur. Jurnalistlərə də müraciət edirəm, getsinlər araşdırsınlar, 20-30 dükanımı aşkarlasalar, hamısını onlara bağışlayacam”.

Bununla yanaşı, Manaf Ağayev biznesi olduğunu da etiraf edib: “Bir dənə dükanım var, o da başqasının adınadır”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1528

Oxşar yazılar