Riçard Ata, yaxud Rok-n-Rolldan tövbəyə - ARAŞDIRMA
Səkkizinci söhbət
Onun adı Los-Ancelesdə Hollivud bulvarındakı qranit ulduzda yaşayır, doğma şəhərindəki bulvarlardan biri onun adını daşıyır. 50-ci illərin qiyamçı rok-n-rollunun liderlərindən biri, zəmanəsinin musiqi dünyasını və şou-biznes aləmini dəyişən bu insan indi də öz dövrünün həqiqi ulduzudur...
* * *
Məşhur Amerika vokalçısı və piano ustası Littl Riçard (əsl adı Riçard Ueyn Penniman idi) 1932-ci il, dekabr ayının 25-də Amerika Birləşmiş Ştatlarının Corciya ştatının Mekon şəhərində anadan olub. Çoxuşaqlı ailə idilər. 11 qardaş-bacısı vardı. Bu uşaqlar olduqca maraqlı bir ailədə tərbiyə alırdılar: Riçardın iki əmisi və babası ruhani idi, atası isə viski qaçaqçılığıyla məşğul olurdu...
Musiqiylə lap uşaq yaşlarından maraqlanır, "Pennimen Singers" adlı ailə ansamblının tərkibində dini mahnılar ifa edir, kilsə xorunda oxuyur, fortepiano çalmağı öyrənirdi. Amma valideynləri oğlanın musiqiçi olmaq həvəsiylə razılaşmadığından 13 yaşı tamam olan kimi, ata yurdunu tərk edir. İş elə gətirir ki, Riçardı ağdərili bir ailə - Eni və Conni Consonlar övladlığa götürür. Consonlar oğlanın öz valideynlərindən fərqli olaraq, musiqiyə daha yaxın idilər - özlərinin klubu vardı...
Riçardın müğənnilik karyerası 1951-ci ildə başlanır. O, Atlanta şəhərində keçirilən musiqi müsabiqəsində qələbə qazanır və özünə Littl Riçard təxəllüsü götürür. Onun ilk addımı səkkiz mahnısını lentə yazdırmaq olur. Müqaviləni tanınmamış bir səsyazma şirkətiylə bağlayan Riçard səhnəyə qədəm basdığı ilk günlərdən diqqət çəkir. Amma təbii ki, bugi-vugi, ritm-ənd-blüz üslubunda olan bu mahnılarda dini təranələrin ruhu aydın sezilirdi. Onun yaradıcılığının məhsulu olan ilk nümunələrdə dini çalarla yanaşı, Roy Braun və Billi Rayt kimi musiqi ustalarının təsiri vardı.
Özünə səhnə obrazı seçərkən də Billi Rayt kimi saçlarını yağlayır, bolluca qrim çəkirdi. Həmin andan etibarən səhnədə şux rəngli paltarlar geyir, dodaqlarını qızardır, fortepianoda ifa edərkən qeyri-adi elementlərdən istifadə edirdi. O, pianoda dirsəkləri, ayaqları, hətta alnıyla çala-çala, üstəlik hələ oxuyurdu da. Riçardın ifa tərzi olduqca ekspressiv idi, səs imkanlarının ən yuxarı sərhədində oxuyurdu. Yeri gəlmişkən qeyd edək ki, buna qeyri-adi falsetə malik səsi də imkan verirdi. Amma ilk zamanlar onun rok yaradıcılığından çox balladaları, sərt blüzləri tanınırdı.
1952-ci ildə musiqiçi Texas ştatının Hyuston şəhərinə köçür və 1953-54-cü illərdə müxtəlif qruplarla çalışır. Amma yazdırdığı mahnılar yalnız Texas ərazisində tanınır. 1955-ci ildə isə Conni Otisin rəhbərlik etdiyi orkestrlə əməkdaşlığa başlayır və böyük səhnəyə yol tapır. O dövrdə Littl Riçardın blüzlərdən ibarət repertuarı rok nümunələrinə nisbətən daha böyük marağa səbəb olurdu; tamaşaçılar və dinləyicilər hələ rok-n-rolla tam hazır deyildilər. Elə həmin 55-ci ildə musiqiçi özünün fonoqramlarından birini Los-Ancelesin səsyazma şirkətlərindən birinə göndərir. Sən demə, həmin studiya çoxdan bəri kəskin zil falset səsi olan müğənni axtarırmış. Littl Riçardın səs tembri onların tələbatına tam cavab verirdi...
Beləliklə, "Speciality Records" müğənniylə müqavilə imzalayır və 1955-ci il, sentyabrın 14-də Littl Riçard məşhur "Tutti Frutti" mahnısı üzərində işə başlayır. Mahnı qısa bir zamanda əsl hitə çevrilərək 1956-cı ildə Amerika və İngiltərə hit-paradlarına düşür. Mahnının özü sırf improvizasiyadan doğurdu. Onun sözlərini başdan-ayağa jarqon ifadələrdən, adi dinləyici üçün heç bir məna daşımayan kəlmələrdən yazan Littl Riçard mahnının əvvəlinə ecazkar "vam-bama-luma-a-vam-bem-bum!" nidasını da əlavə etdi. Və tamaşaçı diqqətini də məhz bu fəndlə çəkdi. Sonralar bu mahnı dünyanın neçə ölkəsində ifa edilsə də, sözlərinin mənası kimsədə sual doğurmadı...
Bu kompozisiyanın dalınca Riçardın digər hitləri də araya-ərsəyə gəlir, dinləyici rəğbəti qazanır və müğənni öz populyarlığına qovuşur. Onun ifa tərzi, mahnılarının aqressiv ritmi yeni musiqinin - az sonra Rok-n-Roll adını daşıyacaq musiqinin yaranışına öz töhfəsini verdi. Littl Riçardın özü həmişə deyirdi: "Rok-n-rollun memarı mən özüməm". Elə bu səbəbdən də o özünü çox vaxt "Rok-n-Rollun həqiqi Kralı" adlandırırdı.
O zamanların populyarlığını kinosuz təsəvvür etmək mümkün deyil. İndiyədək sizi tanış etdiyim rok ulduzlarının həyatını izləyərkən çəkildikləri ekran əsərlərindən də bəhs etmişik. Littl Riçardın yaradıcılıq yolu da bu baxımdan istisna deyil. O 1956-cı ildə "Rok ölməzdir" və "Qızın köməyi dəyməz"; 1957-ci ildə "Mister Rok-n-Roll" də filmlərinə çəkilir...
Şöhrətin lap zirvəsinə yüksələn Littl Riçard 1957-ci ilin oktyabrında Avstraliyada qastrol səfərində ikən gözlənilmədən musiqi fəaliyyətinə son verdiyini bildirir və həmin vaxtdan etibarən bütün ömrünü Tanrı yolunda sərf edəcəyinə söz verərək çıxışlarını birdəfəlik dayandırır. Atdığı bu qəribə addımı özü tam izah edə bilməsə də, seçimini "ilahi vəhylə" əlaqələndirir, rok-n-rollu "şər musiqisi" adlandırırdı. Çoxları bu fikirdəydi ki, müğənni gördüyü bir yuxudan sonra ömrünü nə qədər mənasız bir şeyə sərf etdiyini dərk edərək bu addımını tam şüurlu bir şəkildə atıb. Bəziləri isə onun son seçimində ruhi tənasübün pozulması əlamətləri görürdülər...
Amerikaya qayıdandan sonra imzaladığı müqaviləni əsas gətirən studiya onu çox çətinliklə olsa da, daha bir neçə mahnısının yazılışına məcbur edə bilir. Müqavilə üzrə öhdəliklərini tam bitirəndən sonra Riçard Alabama ştatının Okvud kollecinə daxil olur və təhsilini başa vurandan sonra "Yeddinci Günün adventistləri" sektasının kilsəsində ruhani kimi fəaliyyətə başlayır. Buna baxmayaraq, əməkdaşlıq etdiyi səsyazma şirkəti onun vallarını hələ də buraxırdı. Çünki 28 aylıq birgə iş prosesində Littl Riçard xeyli mahnı yazdırmışdı. Beləliklə, 1958-ci ildə onun daha iki mahnısı işıq üzü görür...
Amma, hər halda, 1957-ci il Littl Riçardın həyatında bir dönüş nöqtəsi olur. O həm də Alabamadakı musiqi kollecinə girərək musiqi nəzəriyyəsi magistri elmi dərəcəsinə yiyələnir. 1958-62-ci illər arasında dini himnlərdən başqa heç nə ifa etmir. Onun dərin duyğularla ifa elədiyi dini nəğmələr Riçardı tək öz icmasının deyil, bütün ölkə xristianlarının sevimlisinə çevirir.
1962-ci ildə musiqiçi yenidən rok-n-rolla qayıtmaq qərarına gəlir və Avropa turnesinə çıxmaq təklifini qəbul edir. Maraqlıdır ki, onun Böyük Britaniyadakı konsertlərinin birinci bölməsində tamaşaçıları qızışdırmaq məqsədiylə çıxış edən dəstə o vaxt hələ tanınmayan "The Beatles" qrupu olur. Bu kollektiv Littl Riçard yaradıcılığının pərəstişkarı olduğunu hər yerdə etiraf edir, onunla Hamburqda tanışlıqlarını özü üçün böyük xoşbəxtlik sayırdı. 1963-cü ildə isə müğənninin konsertini sabahın başqa parlaq ulduzu "Rolling Stones" qrupu açır...
Və Amerika rok-n-rollunun ikinci həyatı məhz həmin vaxtdan başlanır və bu intibahda 60-cı illərin Britaniya roku müstəsna rol oynayır. Ünlü Littl Riçardın mahnıları eyni səhnəni gənc ingilis musiqiçiləriylə (Swinging Blue Jeans, Kings, Tom Jons, Beatles) bölüşür, həm özünə dividend qazanır, həm də gənclərə həyat vəsiqəsi verir.
1964-cü ildə Littl Riçard yenidən rok-n-rolla qayıdaraq bir neçə yeni mahnı yazdırır, amma onlar gözlənilən uğuru qazana bilmir. Bundan sonra müğənni studiyasını dəyişərək özünün köhnə mahnılarını yenidən ifa edir, vallara yazdırır. 60-cı illərin ikinci yarısı yalnız bu işə sərf olunur. Elə bu səbəbdən də hal-hazırda Littl Riçardın albomlarının orijinal, yoxsa təkrar ifa olduğunu müəyyənləşdirmək çətindir. O illərdə Littl Riçard əllinci illərin şöhrətinə yüksələ bilməsə də, aktiv konsert fəaliyyətiylə məşğul idi, kommersiya baxımından prodüserlərin diqqətini kifayət qədər özünə cəlb edə bilirdi...
Onun səhnə fəaliyyəti düz 1977-ci ilədək davam edir. 77-ci ildə isə Littl Riçard yenidən kilsəyə dönür, özü də həmişəlik.
1986-cı ildə onun həyat yolu haqda bir kitab işıq üzü görür və musiqiçinin yeni albomu üçün münbit zəmin hazırlayır. Littl Riçardın son albomu artıq dini motivlərlə rokun simbiozu idi. Elə həmin il onu "Rok-n-Rollun Şöhrət Zalı"na birincilər sırasında layiq görürlər. O müxtəlif xeyriyyə konsertlərində çıxış edir, filmlərdə çəkilir, Elton Con, Con Bon Covi, Cerri Li Lüis, Solomon Berk kimi ifaçılarla duet oxuyur. Bununla yanaşı, bir ruhani kim fəaliyyətindən də qalmır. Maraqlıdır ki, məşhurların bir çoxunun, o cümlədən də Brüs Uillisin, Brüs Sprinqstinin və başqalarının nikah mərasimini də Riçard Ata idarə edib...
2000-ci ildə onun barəsində bədii televiziya filmi çəkilir bu rok tarixində öz yeri olan Littl Riçardın sənətdə keçən həyat yolunun son gözəgəlimli akkordu olur...
Riçard Ata bu gün də möminlərin arasındadır - insanları haqq yoluna dəvət etmək üçün son çabalarını göstərməkdədir...

1017