Məleykə Əsədova: "Qızım qaqaş istəyir"
18 fevral 2011 12:09 (UTC +04:00)

Məleykə Əsədova: "Qızım qaqaş istəyir"

Bu barədə Lent.az-a açıqlama verən aktrisa həyatını yeganə qızı Gülərə həsr etdiyini, ikinci dəfə ana olmaq istəmədiyini deyib: “Gülər hər zaman deyir, “mama mənə “qaqaş” al da!” Hamı bilir ki, həyatımı bütünlüklə övladıma həsr edirəm. Allah qızıma olan sevgimi mənə çox görməsin. İnanın, qızıma duyduğum sevgini bölmək istəmirəm. Allah bütün valideynlərin uşaqlarını qorusun, mənim də balam onların içində”.


Xalq artisti incəsənət, eləcə də şou-biznes aləmində olan qadınlara ana olmaq sevincini yaşamağı arzulayıb: “Məleykə ola, kiməsə xoşbəxtlik arzu etməyə? Ana olmağı, məni sevənlərə də, istəməyənlərə də arzu edirəm. Şəxsən mən, dünyasını dəyişənə qədər həmişə anamın qulluğunda durmuşam, onun qədrini bilmişəm. Sözün əsl mənasında ana olanlar Allah yaxın olan bəndələrdir. Qızım çox nadinc olduğu üçün həmişə fikirləşmişəm ki, anam dörd qızını necə böyüdüb? Ümumilikdə isə qadın ana olandan sonra sevginin nə olduğunu bilir. Ana olanda insanın gözləri gözəlləşir”.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2185

Oxşar yazılar