Rəqqasə Oksana: “Sevmirəm də bu insanı, sevmirəm!” - MÜSAHİBƏ
Bir də qalmaqallarla gündəmə gəlməyəcəyinə söz verən rəqqasə Oksana şəxsi həyatı və qalmaqalları ilə yenidən gündəmdədir. Rusiyada yaşayan yəhudi biznesmen Haqay adlı şəxslə ailə qurmağa hazırlaşan Oksana Rəsulova sonradan qərarını dəyişərək, ondan ayrıldığını açıqlayıb. Rəqqasə ayrı-ayrı informasiya vasitələrinə ayrılığın səbəbini bir cür izah edib. Açıqlamalarının birində rəqqasə dedi-qodu, söz-söhbətlərin nəticəsində ayırdıqlarını deyib. Digər açıqlamalarında isə gah nişanlısını sevmədiyini, gah da ona Rusiyada yaşamağı təklif etdiyi üçün nişanı pozduğunu səbəb gətirib.
Bu günlərdə Oksana başqa bir qalmaqalla gündəmə gəlib. Televiziya proqramında həmkarı rəqqas İlham Kərimli haqqında birmənalı olmayan açıqlama verib: “Onun yanına rəqs öyrənməyə bir tələbə oğlan gəlirdi. Sonradan həmin oğlan mənim yanımda öyrənməyə başladı. Mən ona dedim bu necə hərəkətlərdir?... O “rəqqasə”... oy... rəqqas İlham...” - açıqlaması İlham və onun həyat yoldaşı Aynur Məmmədovanı hiddətləndirib. Rəqqasın xanımı Lent.az-a zəng vuraraq Oksanadan üzr istəməsini tələb edib.
Bu və digər məsələlərlə bağlı Lent.az-ın suallarını rəqqasə Oksana Rəsulova cavablandırır.
- Oksana, ötən müsahibədə bu oturduğun kresloda söz vermişdin ki, bir də qalmaqalla gündəmə gəlməyəcəksən. Yenə də qalmaqalla gündəmdəsən, bu dəfə həmkarınla yox, onun xanımı ilə...
- Mən artıq bu sualı cavablandırdım və indi qərara almışam ki, bu barədə heç nə deməyim. Bunlar hər şeyi şişirtdilər. Bu belə deyildi!
- Bəs necə idi? Bəs niyə rəqqas İlham Kərimlinin həyat yoldaşı sənə zəng vuranda söydün?
- Mən söymüşəm, ya məni söyüblər? SMS-ləri göstərim? Hamısı məndə qalıb, saxlamışam. Məndə günah olsaydı, əgər efirdə rəqqas İlham Kərimli barəsində lazımsız ifadə işlətsəydim, elə efirdə də üzr istəyərdim. Günahım yoxdursa, niyə üzr istəməliyəm?!
- İnanmağa çalışaq ki, bu məsələdə günahsızsan. Amma sən nişanlından ayrılandan sonra 4-5 sayta açıqlama verdin , ayrılığın səbəbini hərəyə bir cür izah etdin. Hansına inanaq?
- Əsl həqiqət budur ki, mən o insanı sevmirəm!
- Bəs niyə “facebook”da “Allaha and içirəm ki, o mənim ərimdir” başlıqlı status yazmışdın?
- Onu mən yazmamışam. Onu o yazmışdı.
- Sənin şəxsi səhifənə? Niyə?
- Profilimə daxil olub yazmışdı.
- Məqsədi nə idi axı?
- İnsan sevir məni. İtirməmək üçün hər şeyə əl atır. Mən bu münasibəti izah edə bilmirəm, başa düşürsünüz? Mənə bir qədər vaxt lazımdır. Vaxt gələcək, hər şeyi izah edəcəyəm.
- Deyirsən sevmirəm, amma ən azından beş il münasibətdə olmusunuz, insan sevmədiyi ilə bu qədər vaxtda necə bir yerdə ola bilər? Zorla ailə qurmamışdın ki, deyək dözüb ailəni qorumusan.
- Mən onunla birlikdə yaşamamışam ki!
- Münasibətdə olubsan! Beş il!
- Beş il deyəndə ki, mən iki ili saya bilmərəm, ancaq...
- Olsun üç il...
- Bizim dostluğum var idi. Sonradan münasibətə çevrildi. O çoxdan mənimlə evlənmək istəyirdi, lakin mən ailə qurmaq fikrində deyildim. İstəyirdim karyeramı inkişaf etdirim, nailiyyətlər qazanım. Evlilik haqında düşünmürdüm, başa düşürsən? Mənə burda hər şey aydındır ki, bu insan əgər mənə deyirsə ki, burda qal, əgər sevsəydim, qalardım. Mən Bakıya gəlmişəm. Sevmirəm də bu insanı, sevmirəm!
- Əgər o insan sənə belə bir şərt qoymasaydı, hətta gəlib sənin yanında Bakıda yaşasaydı evlənərdin?
- Artıq yox.
- “Artıq yox”... Yəni, əvvəl olsaydı, sevməyə-sevməyə ailə qura bilərdin...
- Yox, bilirsən necə? Sevməyə-sevməyə ola bilərdi... Amma mən bilirdim ki, o burada qalmayacaq.
- Yaxşı, bəs nə səbəbdən açıqlama verdin ki, bizim münasibətimiz dostluq idi, mən hirslənib sevgi münasibətində olduğumuzu açıqlamışdı...
- Əslində bütün səbəblərimin hamısı həqiqətdir. Burda ayrı səbəblər var, başa düşürsən? Sadəcə, mən indi izah edə bilmirəm. Bir də ki, onun öz əhatəsində olan insanlar, uşaqları var.
- Ailəsindən, ətrafdakılarından çəkinən adam heç vaxt sevdiyi ilə sarmaş-dolaş fotolar çəkdirib internetdə yayılmasına icazə verməz, elə deyilmi?
- Onu çox qınadılar.
- Məgər bu şəkilləri sən gizlicə yaymısan mətbuata?
- Yox... Özü də o şəkli mən verməmişdim. Jurnalist xanım özü Haqayın internet səhifəsindən götürmüşdü. O özü istədi. Sonradan Haqay təkzib istədi.
Burda elə məqamlar var ki, tamamilə şəxsi məsələdir. Əsas odur ki, biz ayrıldıq!
Mənə vaxt lazımdır, başa düşürsən? Vaxtı gələndə elə açıqlamalar verəcəyəm ki! Bunu yazma.
- Nəyi?
- İndiki müsahibəni. Zamanı gələndə söz verirəm. Hər şeyi danışacağam.
- Sən mənimlə görüşə razılıq verdin, gəldin və söhbət edirik. Biz müsahibə üçün görüşdük.
- Xahiş edirəm. Mənim sənətimdən yazın.
- Biz sənin sənət fəaliyyətini işıqlandırırıq. Məqam olanda... O sualları istəmirsənsə, başqa şeydən danışaq. Yeri gəlmişkən, baxmayaraq ki, səndə hər şey qaydasındadır, gözəlliyin, bacarığın... amma yenə də səni şou-biznesdə ifritə kimi tanıyırlar.
- Necə yəni?
- Deyirlər ki, bu insan şou-biznesdə şöhrət əldə etməkdən ötrü edə bilməyəcəyi heç nə yoxdur!
- Amma mən deyim ki, sən bir nəfərin adından danışırsan!
- Səni inandırmaq üçün and içim? Bir də ki, bunu mən demirəm. Yalan deyirlərsə, həqiqəti sən de!
- Bu ki düz deyil! Bilirsən, mən bunu demişəm. Paxıllıqdan deyə bilərlər. Mən sənətə təzə gələndə kiməsə baxıb fikirləşirdim ki, bu insan məşhurdur. Amma indi mən onlar qədər, bəlkə də lap çox tələb olunan sənət adamıyam. Mən bunu özümdən demirəm, belədir! Şou-biznesə gələndə kliplərə çəkilmişəm, sənətimdə özümü göstərmişəm.
Belə baxanda qoy olum ifritə! İfritədən qorxarlar! (Gülür)
- Çox fikirləşdin və nəhayət, “ifritə” olmağa qərar verdin...
- Bəzi insanlar deyir mən ifritəyəm. Bu qədər iş görmüşəm və irəlidə işlər var. Layihələrin çoxu mənim üçün pulsuzdur. Deməli, qarşılıqlı hörmət var da! Bu, iki il içində böyük nailiyyətdir.
- Qısa vaxtda necə tanındın?
- Jurnalistlərin sayəsində! Məni Çenk İçtən tanıtdı. Dedi, sən partlayış etməlisən. Əlbəttə, hər şey təkbaşına olmur. Lakin məmur tapşırmadı, hər halda...
- Bir etirafı da et ki, ətrafında bu qədər qalmaqal olmasaydı, bu mələk siman ilə də bu qədər gündəmdə olmazdın.
- Mələk yəni, necə? Simanın altında nələr var demək istəyirsən?
- Yox, mən sənin çox gözəl olduğundan əminəm!
- Mən hər şeyi mələk simam, təmiz qəlbimlə əldə etmişəm. Gör ifritə simalı olsaydım, nələr edərdim.
- İndiyədək kimdən maddi kömək almısan?
- Heç kimdən! Heç vaxt! Həyatım boyu! İlk albomumu mənə atam hədiyyə edib. Bir də ki, belə köməklərin də məsuliyyəti çox ağırdır.
- Əsl həqiqətləri nə vaxt danışacaqsan?
- Bu yaxınlarda. Bir həftədən tez olmayacaq...
Lalə

2546