“Eurovision-2011” milli final şousuna start verildi
Lent.az-ın məlumatına görə, final konsertində Düsseldorfda keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı seçiləcək.
“Eurovision-2011” Mahnı Müsabiqəsinin Azərbaycan milli seçimlərində iştirak edən 76 nəfərdən 5 nəfər final mərhələsinə keçib.
Nigar Camal, Eldar Qasımov, İlqarə İbrahimova, İlhamə Qasımova və Aynişan Quliyeva final konsertində yarışacaqlar. Təmsilçilik uğrunda mübarizə aparacaq beş ifaçının hər biri 4 mahnı təqdim edəcək.
Eldar Qasımov - 1989-cu ildə Bakıda anadan olub. 1995-2006-cı illərdə 160 saylı məktəbdə oxuyub. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbində fortepiano sinfində musiqi təhsili alıb. 2008-ci ildə Almaniyada olarkən vokal dərsləri alıb. Almanca sərbəst danışır. 2006-2010- cı ildə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Hazırda həmin universitetin magistratura pilləsində təhsilini davam etdirir. Çox kiçik yaşlarından mahnı oxumağa başlayıb, Azərbaycan və Rusiyanın müxtəlif şəhərlərində təşkil olunmuş konsert proqramlarında iştirak edib.
İlhamə Qasımova - Lənkəran şəhərində doğulub. 2000-ci ildə “Bakı Payızı” müsabiqəsinin laureatı olub. 2006-cı ildə “Yeni Ulduz” yarışmasının qalibi olub. Hazırda Avropada tanınmış prodüserləri Mark Dollar ve Mayk Mayls ilə yeni albom üzərində çalışır.
İlqarə İbrahimova - İlqarə İbrahimova 1990-cı ildə Bakı şəhərində anadan olub. Müasir Təhsil Kompleksində təhsil alıb. Moskva Dövlət Universitetinin tələbəsidir.
Nigar Camal - 1980-ci ildə Bakıda doğulub. 1985-1986-cı illərdə uşaq ansamblının solisti olub. 1988-1995-ci illərdə musiqi məktəbində təhsil aldığı müddətdə bir neçə mahnı da bəstələyib. 1996-cı ildə “Pöhrə” musiqi yarışmasında diplomla təltif olunub. 2005-ci ildən Londonda yaşayır. RnB, Soul, Pop janrlarında mahnılar ifa edir.
Quliyeva Aynişan - 1991-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Ukraynanın Yalta şəhərində keçirilən “Lets change the world to the better” festivalında “Bülbüllər” qrupu ilə gümüş medal qazanıb. 2003-cü ildə Andrey Babiçin qrupunda rəqsdən dərs alıb. Aynişan 2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət Universitetində təhsil olur.
Bu ifaçıların Milli Finaldakı çıxışlarından sonra Azərbaycanın “Eurovision-2011”-dəki təmsilçisini münsiflər heyəti müəyyən edəcək.
Qeyd edək ki, münsiflər heyətinin tərkibinin açıqlanması Avropa Yayım Birliyinin (EBU) qaydalarına ziddir. O səbəbdən də münsiflərin adları final konsertində açıqlanacaq.
Lakin milli münsiflərin tərkibində ötən illərlə müqayisədə dəyişiklik olunub.
Lalə Yusifqızı

882