Elza Seyidcahan “Eurovision-2011”ə iki mahnı təqdim edib
Bu barədə Lent.az-a müğənni özü məlumat verib: “Eurovision-2011” Mahnı Müsabiqəsinin Azərbaycan təşkilat komitəsinə iki mahnı təqdim etmişəm. Hər ikisi Azərbaycan dilindədir. Mahnı milli ruhdadır, sevgini tərənnüm edir”.
Müğənni-bəstəkar mahnını 1 ay ərzində hazırladığını deyib: “Çox arzu edirəm ki, musiqilərimdən biri Almaniya səhnəsində oxunsun. Və inanıram ki, bu mahnını oxuya biləcək layiqli ifaçı qalib gələcək. Bəstəkarlar İttifaqının iclasında Firəngiz xanım bizə göstəriş verdi ki, 1 ay ərzində mahnı hazırlayıb müsabiqəyə təqdim edək. Bir ay müddətində işlədim. Musiqilərim tar, qarmon, qara zurna, nağara, fleyta alətləri ilə səslənib. Qarışıq stildir, caz, rok üslubu da yer alıb. Bu günə qədər “Eurovision”a gedəcək musiqilərdə milli koloritlərin səslənməsinə çalışırıq, amma bunu etmirik. Mən əminəm ki, arzuladıqlarımıza nail olmuşam.
Əməkdar artist onu da əlavə edib ki, musiqilərdə alətləri Milli Konservatoriyanın tələbələri səsləndirib: “Onların hamısına təşəkkür edirəm”.
Lalə Yusifqızı

894