“Rəqsanə yazıb ki, başıma nə gələcəyini bilmirəm, 2 balamdan muğayat ol...” - FOTO
09 fevral 2011 17:57 (UTC +04:00)

“Rəqsanə yazıb ki, başıma nə gələcəyini bilmirəm, 2 balamdan muğayat ol...” - FOTO

“Həqiqətən də Rəqsanə xanım mətbuata müsahibəsində xərçəng xəstəliyinə tutulduğunu söyləyib”.

Bunu Lent.az-a açıqlamasında müğənninin prodüseri Təranə Səmədova bildirib.

Təranə Səmədova deyib ki, Rəqsanə artıq dünən Türkiyəyə yola düşüb və bunu müalicə olunmaq zərurəti ilə izah edib: “Rəqsanə mənə SMS göndərib. Yazıb ki, başıma nə gələcəyini bilmirəm. 2 balamdan muğayat ol”.

Lent.az-a digər mənbələrdən daxil olan məlumata görə isə, müğənni Rəqsanənin səhhətində deyil, şəxsi həyatında problemlər var. Mənbə bildirir ki, sənətçi, həyatında olan yaxın bir şəxslə münasibətləri korlandığı üçün stress keçirib və xaricə getməyi qərara alıb. “Bu səfərin xərçəng xəstəliyi ilə izah edilməsinin isə heç bir əsası yoxdur” – deyə, mənbə əlavə edib.

Qeyd edək ki, müğənni Rəqsanə milli.az saytına müsahibəsində beynində şiş aşkarlandığını və bu səbəbdən də müalicə olunmaq üçün Türkiyəyə yola düşdüyünü bildirib. Rəqsanə, xəstəliyin nəticəsi olaraq “arıqlayıb 42 kiloya düşdüyünü” deyib.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443

Oxşar yazılar