Rumın xanım müğənni tamaşaçıları Azərbaycan dilində salamlayacaq –
04 fevral 2011 15:32 (UTC +04:00)

Rumın xanım müğənni tamaşaçıları Azərbaycan dilində salamlayacaq –

Fevralın 4-də “Buta Palace”-da “KKM production”-ın təşkilatçılığı ilə məşhur rumın müğənniləri Dan Balan və Anda Adamın konserti olacaq. Lent.az-ın məlumatına görə, konsertlə əlaqədar olaraq bu gün mətbuat konfransı keçirilib. Konfransda hər iki müğənninin iştirak edəcəyi gözlənilsə də, onlardan yalnız biri – Anda Adam tədbirə qatılıb.

Mətbuat işçilərini mehribanlıqla “nasılsın?” deyə salamlayan Anda Adam Bakıya gəldiyinə görə şad olduğunu deyib. İçərişəhərin adını eşidən və onu yalnız maşınla keçəndə görən müğənni havanın yaxşı olmasından istifadə edərək, konfransdan sonra bu qədim ərazini gəzəcəyini qeyd edib.

Anda Adam Azərbaycan haqda o qədər də çox məlumatı olmadığını etiraf edib: “Bildiyim qədərilə Azərbaycan və türk dili bir-birinə çox bənzəyir, yalnız dialektləri fərqlənir. Buranın gözəl ölkə olduğunu eşitmişəm. Maşınla keçəndə İçərişəhəri gördüm, çox xoşuma gəldi. Burdan çıxan kimi oranı gəzəcəm. Günəşli hava da buna imkan verir. Yaxşı ki, burda havalar isti keçir. Rumıniyada isə hazırda mənfi 15 dərəcə soyuq var”.

Rumın xanım müğənni axşamkı konsertdə maraqlı şou nümayiş etdirəcəyini, tamaşaçıları Azərbaycan dilində salamlayacağını da vəd edib.

Dan Balana gəlincə, meneceri onun gecə Nyu-Yorkdan qayıtdığına və çox yorğun olduğuna görə, mətbuat konfransında iştirak edə bilmədiyini deyib. Onu da əlavə edib ki, heç nəyə baxmayaraq dan Balan axşamkı konsertdə mütləq çıxış edəcək və pərəstişkarlarını öz ifası ilə sevindirəcək.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar