Özünü şeytanlardan qoruyan əməkdar artistimiz
Müğənni Lent.az-ın əməkdaşı ilə söhbətində adını çəkmədiyi həmkarlarının çoxunun şeytan xislətli və ikiüzlü olmasından şikayətlənib: “İslam dininin bütün müqəddəs insanları tövsiyə ediblər ki, müsəlmanlar hər vəchlə şeytandan özlərini qorumalıdırlar. Çox təəssüf ki, şou-biznes aləmində hər daşın altından bir şeytan baş qaldırır. İnanın, özümü belələrindən qorumağa çalışıram. Ad çəkib, düşmən olmaq istəmirəm. Onsuz da sözlərimi oxuyanda lazım olan şəxslər öz paylarını götürəcəklər”.
Müğənni namaz qılmağa hazırlaşdığını söyləyib: “Namaz qılmağa ruhən hazır olsam da, hələ özümü toplayıb, ibadətə başlaya bilmirəm. Amma içimdə bir hiss deyir ki, çox yaxın günlərdə ibadət əhli sırasına qoşulacağam. Məni sevənlər əmin ola bilərlər ki, həmin gün elə də uzaqda deyil”.
Lalə

781