Müğənni Röya: “Samirlə Elnurun başına gələnlərdən sonra “Eurovision” haqda düşünmürəm”
Sənətçi ingiliscə mahnı oxumağı problem saymır
Müğənni Röya “Eurovision” mahnı müsabiqəsində iştirak etmək barədə düşünmür. O, Lent.az-a açıqlamasında müsabiqədə iştirakın çətin olmadığını deyib: “Əslində, bu müsabiqəyə marağım yoxdu. Gedənlər guya qeyri-adi istedadlar deyil ki! Bir mahnını ingiliscə oxumaq da mənim üçün problem deyil. Beş dəqiqəlik mahnıdır da, nə var ki...”
Röya ötən il müsabiqədə Azərbaycanı təmsil edən Samir Cavadzadə və Elnur Hüseynovun vətənə döndükdən sonra haqsızlıqla üzləşdiyini iddia edir. Məhz bu səbəbdən də heç vaxt “Eurovision”da iştirak etməməyi qərara alıb: “Bəlkə də nə vaxtsa getmək istərdim, amma Samirlə Elnurun başına gələnlərdən sonra heç vaxt! Çox şeylər baş verib, o qədər danışıqlar oldu ki! Bəyəm Samir pis müğənni idi? O da Azərbaycanda tanınan müğənni idi, Elnura dəstək üçün duet oxumuşdu. Samirlə Elnurun ifası uğursuz olsaydı, indi onları daş-qalaq eləmişdilər...”
Lalə Yusifqızı

Oxşar yazılar

Dünyanın ən böyük yanaqlı qadını fotosunu paylaşdı
30 may 2025 , 15:08
Hande Erçel və Hakan Sabancının 6 milyonluq səyahəti – Ağızlar açıq qalıb
30 may 2025 , 10:56
Məşhur müğənni sərxoş olub təyyarədə dava saldı
29 may 2025 , 19:07
Sağlamlıqları üçün spirtli içkini tərgidən Hollivud ULDUZLARI
29 may 2025 , 17:32
İrem Derici və Coşkun Sabah arasında QALMAQAL böyüyür
29 may 2025 , 11:24
Ən populyar porno ulduz nə istədiyindən DANIŞDI
28 may 2025 , 11:11
Türkiyənın tanınmış aktrisası əməliyyat olundu
27 may 2025 , 21:23