Nahid Emiloğlu yerli sənətçilərin ittihamlarına cavab verdi
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Musiqi Ansambllar Birliyinin və “Səs Organization”un rəhbəri Nahid Emiloğlu son zamanlar yerli sənətçilər tərəfindən onun ünvanına deyilən fikirlərə münasibət bildirib.
“Səs Organization”un mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada Nahid Emiloğlunun təşkilatçılığı ilə həm Azərbaycanda, həm də xaricdə yerli sənətçilərin bir çoxunun konsertinin keçirilməsi xatırladılıb. N.Emiloğlunun fikrincə, bu konsertləri unutmaq qeyri-mümkün olsa da, yerli sənətçilər bunu çox tez bir zamanda unudub və onu Azərbaycan müğənnilərinin konsertlərinin təşkil etməməkdə qınayırlar: “Mənim yerli sənətçilər üçün keçirdiyim konsertlər çox yaddaqalan olub. Əgər unudublarsa, bir daha yada salmaq istərdim. Mənim təşkilatçılığımla Azərbaycan müğənnilərindən Alim Qasımova, Zeynəb Xanlarova, Faiq Ağayev, Röya, Baloğlan Əşrəfov, Xumar Qədimova, İzzət Bağırov, Nazpəri Dostəliyeva və digərlərinin konsertləri həyata keçirilib. Tək Azərbaycan yox, eyni zamanda İstanbulda Azərbaycan müğənnilərinin möhtəşəm konsertlərinin təşkilatçılığı mənim adımla bağlıdır”.
Nahid Emiloğlu sadalanan müğənnilərin Azərbaycan standartlarından çox fərqli, yəni yüksək qonorar aldığını bildirib: “Onların heç birini qonorarsız səhnəyə çıxarmamışam. Bunlar yerli sənətçilər deyilsə, haranın müğənniləridir?”
Xarici müğənnilərin ölkəmizdə konsertinə gəlincə, N.Emiloğlu konsert təşkil etmək üçün kifayət qədər imkanların olduğunu deyib: “Bu imkanlar bizdə var. Azərbaycan müğənnisi Yeganə bu gün Türkiyə şou-biznesinə qatılıb. Ancaq onu bu yolda dəstəkləyən yoxdur. Niyə yerli müğənnilər həmkarlarını dəstəkləmirlər. Əslində isə ilk dəstək bizimkilərdən gəlməlidir. Ancaq çox təəssüf ki, irəli gedən hər bir Azərbaycan sənətçisinə öz müğənnilərimiz qara yaxırlar. Son günlər müzakirə obyektinə çevrilən bu iddianı çox yersiz hesab edirəm. Millətindən, irqindən asılı olmayaraq, hər kəs gördüyü işə görə pul almalıdır. Bu müğənnilər burada istənilir və bu da şübhə deyil. Tarkanın Azərbaycan konsertindən 400 min qonorar alması ilə bağlı deyilənlərə gəlincə, bu tamamilə yanlışdır”.
N.Emiloğlu yerli sənətçiləri bəzi məqamlarda çox yanlış addım atdıqlarını istisna etməyib: “Dəfələrlə yerli müğənnilərə konsertlə bağlı təkliflər etmişəm. Ancaq hamısı bir ağızdan deyir ki, buna hələ hazır deyil. Əslində özləri etiraf etməsələr belə, hər kəsə məlumdur ki, bu gün yerli sənətçilər toylarından vaxt tapmadıqları üçün yaradıcılıq konserti verməkdən imtina edirlər”.
N.Emiloğlu açıqlamasının sonunda onu da bildirib ki, aprel ayında iki yerli sənətçinin solo-konserti məhz onun təşkilatçılığı ilə keçiriləcək.
Lalə Yusifqızı

1587